Səudiyyə Ərəbistanının "Əl İttihad" komandası ilə İranın "Sepahan" komandası arasında keçirilməsi planlaşdırılan oyun təxirə salınıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, planlaşdırılan oyun Səudiyyə Ərəbistanı komandasının stadionun girişində iranlı general-mayor Qasım Süleymaninin heykəlinin olması səbəbindən oyunu oynamaqdan imtina etdikdən sonra təxirə salınıb.
Sosial mediada yayılan fotolarda Süleymaninin büstünün tam olaraq paltardəyişmə otağının tunelinin çıxışında yerləşdiyi əks olunub. İran və Səudiyyə Ərəbistanı son aylarda gərginliyi azaltmaq üçün səy göstərsələr də, münasibətlər gərgin olaraq qalır.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB