95 qız tələbə eyni vaxtda insult keçirib

95 qız tələbə eyni vaxtda insult keçirib

Keniyanın paytaxtı Nayrobidən 374 kilometr şimal-qərbdə yerləşən orta məktəbdə 95 qız şagird xəstələnib. SİA xarici mətbuata istinadən xəbər verir ki, tələbələr səbəbi hələ müəyyən edilməmiş xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilib. Regional təhsil məmuru xəstəlik səbəbiylə 95 şagirdin ayağının iflic olduğunu, əksəriyyətinin yeriyə bilməyəcəyini bildirib. Hadisədən sonra məktəb rəhbərləri ilə Təhsil Nazirliyinin rəsmiləri arasında keçirilən görüşdən sonra məktəb qeyri-müəyyən müddətə bağlanıb. Məktəb rəsmiləri xəstəliyin nədən qaynaqlandığını araşdırdıqdan və lazımi tədbirləri gördükdən sonra şagirdlərin dərslərinə davam edə biləcəklərini açıqlayıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə