Almaniya Ukraynaya yeni silahlar verəcək

Almaniya Ukraynaya yeni silahlar verəcək

Almaniya Ukraynanı əlavə hava hücumundan müdafiə sistemləri ilə təmin etmək niyyətindədir. SİA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, Almaniya Ukraynaya əlavə “IRIS-T” hava hücumundan müdafiə sistemi və 10-dan çox “Gepard” zenit silahı göndərəcək. Bu silahlar Ukrayna ordusuna bu ilin sonuna qədər çatdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə