Ermənistan Fransdan hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı danışıqlar aparacaqmaq niyyətindədir. SİA xəbər verir ki, bu barədə Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqaviləsi” partiyasının deputatı Armen Xaçatryan bildirib.
O qeyd edib ki, müqavilələr imzalanacağı təqdirdə Ermənistan avadanlıqların pulunu ödəyəcək.
"Hava hücumundan müdafiə Ermənistanın ən zəif tərəflərindən biridir. Bizə yeni keyfiyyət lazımdır”, - deyə Xaçatryan əlavə edib.
Erməni deputat konkret hansı silahdan söz getdiyini açıqlamayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB