Zelenski yenə də “silah-sursat çatmır” deyir...

Zelenski yenə də “silah-sursat çatmır” deyir...

...Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları üçün silah və hava hücumundan müdafiə sistemlərinin olmadığını etiraf edib.

SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna prezidenti bu barədə oktyabrın 4-də “Sky TG24” telekanalında bildirib.

Beləliklə, Vladimir Zelenski deyib ki, Ukrayna Silahlı Qüvvələri döyüş əməliyyatlarını uğurla davam etdirmək üçün kifayət qədər silah və hava hücumundan müdafiə sistemlərinə malik deyil.

Ukrayna liderinin sözlərinə görə, ölkə ordusu hücum əməliyyatlarını davam etdirir, lakin Ukrayna Silahlı Qüvvələri silah və hava hücumundan müdafiə sistemlərinin çatışmazlığı ilə üzləşib. Bu amillər minalanmış sahələrlə birlikdə Ukrayna hərbçilərinin döyüş meydanında istənilən uğuru əldə etməsinə mane olur.

...Əks-hücumumuz irəliləyir, addım-addım düşməni dəf etmək üçün hər şeyi edirik. Çətinlik ondadır ki, mina sahələri var. Bizdə isə mərmi və ya zenit silahları yoxdur. Bu hava hücumundan müdafiə əks-hücum üçün vacibdir.

Bunları bildirən Zelenski qarşıdan gələn qışı başqa problem adlandırıb və qeyd edib ki, qış ayları ruslarla döyüş təmas xəttində təşəbbüsü itirə bilməyən ukraynalı döyüşçülər üçün əsl problem olacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə