Rusiyada törədiləcək qətl və cinayətlər hələ irəlidəki illərdədir..?
...Verilən məlumatlara görə, ilin əvvəlindən bəri Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak edərək vətənə qayıdan rusiyalı hərbçi və muzdlular ən azı 27 qətl törədiblər.
SİA-nın əldə etdiyi məlumata görə, 12 iş üzrə cinayət işi üzrə təqsirləndirilən şəxslər məhkum olunaraq cəzalarını çəkdikləri koloniyalara cəlb edilmiş “Vaqner” özəl hərbi şirkətinin əsgərləri olub.
Qeyd olunur ki, müharibədən qayıdan rusların törətdiyi ağır cinayətlərin sayı hər ay...yox, hər gün artır.
Yalnız elə oktyabrın ilk günlərində keçmiş vaqnerit Denis Stepanov, Krasnoyarsk diyarında iki qadını öldürüb evi yandırmaqda şübhəli bilinərək saxlanılıb.
Və daha bir “Vaqner” PMC-nin döyüşçüsü Lipetskdə 4 yaşlı ögey qızını öldürməkdə ittiham olunub.
Xatırladaq ki, ötən ilin yayında Rusiya ordusunun Ukrayna ərazisində bir neçə hərbi məğlubiyyətindən sonra “Vaqner” özəl hərbi şirkəti və şəxsən onun yaradıcısı, Vladimir Putinə yaxın olan biznesmen Yevgeni Priqojin öz sıralarına əsirləri cəlb etməyə, onları müharibəyə göndərməyə başladı.
Qeyd edək ki, döyüş əməliyyatlarında iştirak etməyə razı olan məhkumlar altı ay cəbhə xəttində qalmalı, geri çəkilməməklə yanaşı, onlara təslim olmaq da qadağan edilmişdi.
Belə ki, sağ qalanlara azadlıq vəd edilmişdi. Beləliklə, müxtəlif hesablamalara görə, PMC-yə 50 ilə 70 min arasında döyüşçü cəlb edildi. Priqojinin dediyinə görə, onlardan 32 mini geri qayıdıb və döyüşlərdə iştirak etdiklərinə görə əfv olunublar.
...Və məhz bu mənada güman etmək olar ki, Rusiyada törədiləcək qətl və cinayətlər hələ irəlidəki illərdədir...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB