‘‘İraqın şimalında terror tәşkilatı PKK-ya ağır zәrbәlәr endirilib’’
Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK və ona bağlı terror təşkilatların hədəflərinə yeni zərbələr endirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi Hava Qüvvələri İraqın şimalındakı Metina, Qara, Hakurk, Qəndil və Asos bölgələrində terrorçuların hədəflərinə zərbələr endirilib.
Sığınacaqlar, mağaralar və anbarlar da daxil olmaqla 22 hədəf məhv edilib. Bu obyektlərin terror təşkilatı tərəfindən istifadə edildiyi və orada komandanlıq səviyyəli funksionerlərin olduğu təxmin edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB