Qərb ölkələrində Ukraynaya verilə biləcək sursat demək olar ki, qalmayıb və tezliklə Avropadakı anbarlar tamamilə boşalacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer Varşava Təhlükəsizlik Forumunda bildirib.
CNN-in məlumatına görə, Bauer vurğulayıb ki, Qərb ölkələri Ukraynaya Avropadakı yarı dolu və ya demək olar ki, boş anbarlardan silah sistemləri və sursat verir, lakin bu ehtiyatlar bitmək üzrədir.
NATO səlahiyyətlisinin dediyinə görə, artıq “...barelin dibi görünməkdədir”.
Böyük Britaniyanın Silahlı Qüvvələr üzrə kiçik dövlət katibi Ceyms Heappi həmin forumda çıxış edərək, silah ehtiyatlarının tükənməsinə baxmayaraq, Ukraynaya yardımın davam etdirilməsinə çağırıb. O, həmçinin vurğulayıb ki, Qərb daha çox sursat istehsal etmək imkanlarını artırmalıdır.
Kanalın Pentaqondakı mənbəsinin sözlərinə görə, Ukrayna hərbçiləri adətən gündə 2000-dən 3000-dək artilleriya mərmisindən istifadə edir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB