ABŞ İranın müsadirə etdiyi minlərlə silah və sursatı Ukraynaya təhvil verəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri CNN Amerika rəsmilərinə istinadən yayıb.
Qeyd edilir ki, bu, ABŞ və müttəfiqlərindən əlavə vəsait və texnika gözləyən Ukrayna qoşunlarının üzləşdiyi silah çatışmazlığını azaltmağa kömək edə bilər.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, müsadirə edilmiş bir milyondan çox İran sursatı bazar ertəsi artıq Ukraynaya təhvil verilib.
Bəyanatda deyilir ki, hökumət 20 iyul 2023-cü ildə Ədliyyə Departamentinin mülki iddiaları ilə sursata sahiblik əldə edib.
Xatırladaq ki, ötən il ərzində ABŞ Hərbi Dəniz Qüvvələri İranın Yəmənə silah göndərmək üçün istifadə etdiyi gəmilərdən minlərlə İran avtomatı və bir milyondan çox patron ələ keçirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB