Krım körpüsü işi üzrə həbs olunanlar aclıq aksiyasına başlayıblar
Bir il əvvəl Krım körpüsündə baş verən partlayışla bağlı həbs edilən Sankt-Peterburqlu iş adamı Oleq Antipov istintaq təcridxanasında aclıq aksiyası keçirib. O, günahsız olduğunu israr edir və azadlığa buraxılmasını tələb edir.
SİA-nın əldə etdiyi məlumata görə, Antipov logistika mütəxəssisidir, körpüdə partlayan yük maşını onun şirkətinə məxsus idi.
34 yaşlı Antipov yükdaşıma ilə məşğul olan TEK-34 şirkətinin sahibi idi. 2022-ci il oktyabrın 8-də Krım körpüsündə baş verən partlayışdan xəbər tutan o, partlayan maşının onun şirkəti ilə bağlı ola biləcəyindən şübhələnib və özü də Sankt-Peterburqdakı Federal Təhlükəsizlik Xidməti ilə əlaqə saxlayıb.
Onun sözlərinə görə, TEK-34 partlayışdan bir qədər əvvəl Armavirdən ilhaq edilmiş Krıma qablaşdırma plyonkasının daşınması üçün sifariş alıb.
Antipov partlayıcı maddələrdən xəbəri olmadığını və istintaqa kömək etmək istədiyini bildirib. Amma oktyabrın 14-də o, terror aktı törətməkdə şübhəli bilinərək həbs edilib.
Bu günlərdə istintaq təcridxanasından yazdığı açıq məktubunda Antipov bir daha partlayışda iştirak etmədiyini bəyan edir.
Onun yazdığına görə, onu bu işə yalnız kömək etmək və yaxşı bir iş görmək istəyi sövq edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə