...Moskvanın Lefortovo Rayon Məhkəməsi 63 yaşlı Konstantin Seleznevi iki ay müddətinə istintaq təcridxanasına göndərib. O, Rusiya ordusu haqqında qondarma saxta məlumatlar yaymaqda ittiham olunur.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, işin başlanmasına səbəb Seleznevin “VKontakte” sosial şəbəkəsində dərc etdiyi iki yazı olub. Bir yazısında o, BMT-nin Rusiya hərbçilərinin Ukraynadakı cinayətləri ilə bağlı hesabatından və “The New York Times”ın Kiyev vilayətinin Buça şəhərindəki hadisələrlə bağlı araşdırmasından sitat gətirib.
Təqaüdçü Rusiyanın baş prokuroru İqor Krasnova müraciət edərək dərc olunan faktları nəzərə alaraq araşdırma aparılmasını xahiş edib.
Başqa bir yazıda o, Rusiya prezidenti Vladimir Putinə müraciət edərək onu “terrorçu dövlətin lideri” adlandırıb. Seleznev hətta 2014-cü ildə Donbass üzərində vurulan “Boeing MH17” sərnişin təyyarəsinin vurulmasında da ölkəsinin yuxarı elitasının əli olduğunu bildirib. (...yeri gəlmişkən xatırladaq ki, həmə vaxt təyyarə qəzasında 298 nəfər həlak olmuşdu-A.B.)
Beləliklə, mənzilində axtarış aparılan təqaüdçünü oktyabrın 3-də saxlayıblar və gecəni müvəqqəti saxlama təcridxanasında keçirməli olub.
Qeyd edək ki, hazırda Konstantin Seleznevu 10 ilə qədər həbs cəzası gözləyir. Onu da qeyd edək ki, təqaüdə çıxmazdan əvvəl Seleznev fizika və riyaziyyatdan dərs deyib. Seleznev evlidir və iki övladı var.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə