İzmir sahillәrindә 40 qaçqın xilas edilib

Yunanıstan Sahil Mühafizә Xidməti tәrәfindәn Türkiyəyә geri qaytarılan qaçqınlar xilas edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә Türkiyə Sahil Mühafizә Komandanlığının rәsmi internet sәhifәsindә edilәn paylaşımda bildirilib.

Türkiyənin İzmir şәhәrinin Çeşme qәsәbәsindən Yunanıstana keçmәyә cәhd göstәrәn qaçqınlar Türkiyə sahil mühafizә dәstәlәri tәrәfindәn xilas edilib.

Türkiyə sahil mühafizә dәstәlәri tәrәfindәn keçirilәn әmәliyyat zamanı 40 qaçqının xilas edildiyi bildirilib.

Qaçqınlar keçirilǝn ǝmǝliyyatdan sonra Miqrasiya İdarǝsinǝ göndǝrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə