Hindistanda xəbər saytına basqın edilib

SİA xarici mətbuata istinadən xəbər verur ki, reydlər zamanı NewsClick-in baş redaktoru da daxil olmaqla 2 nəfər saxlanılıb, çoxlu sayda sənəd və qurğu götürülüb. Evində axtarış aparılan jurnalist Abhisar Şarma X sosial media hesabında yazdığı yazıda polisin onun noutbukunu və mobil telefonunu müsadirə etdiyini bildirib. Polis hələlik basqınla bağlı məlumat verməsə də, ölkənin İnformasiya, Gənclər və İdman naziri səhv bir şey olduqda hüquq-mühafizə orqanlarının məsələni araşdırmaqda sərbəst olduğunu bildirib.

2009-cu ildə qurulan və baş nazir Narendra Modinin müxalifəti ilə tanınan NewsClick xəbər saytının "Çindən maliyyə alması" iddiası ilə araşdırmasının davam etdiyi deyilib.

Bütün xəbərlər Facebook səhifəmizdə