Ukrayna desant qüvvələrinin Krıma daxil olmaq cəhdinin qarşısı alınıb
Rusiya Müdafiə Nazirliyi Ukrayna silahlı qüvvələrinin desant bölməsinin Krım ərazisinə daxil olmaq cəhdinin qarşısı alındığını bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Ukrayna əsgərlərinin gecə saatlarında Krıma girməyə cəhd etdiyi bildirilib.
Açıqlamada bildirilib ki, Qara dənizin şimal-qərbindəki Tarxankut burnuna doğru irəliləyən Ukrayna silahlı qüvvələrinin desant bölməsinin Krım ərazisinə daxil olmaq cəhdinin qarşısı Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr, sürətli hərbi katerlər və 3 dəniz vasitəsi ilə alınıb.
Açıqlamada Ukraynanın gecə saatlarında Rusiya ərazisindəki obyektlərə təyyarə tipli pilotsuz uçuş aparatları (PUA) ilə hücum etməyə cəhd etdiyi, 31 Ukrayna təyyarəsi tipli PUA-nın hava məkanında hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edildiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB