Nigeriya Təhlükəsizlik və Mülki Müdafiə Agentliyi ölkədə qeyri-qanuni neft emalı zavodunda partlayış baş verdiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rivers ştatında qeyri-qanuni neft emalı zavodunda baş verən partlayışda biri hamilə qadın olmaqla ən azı 18 nəfər həyatını itirib.
İlkin araşdırmalar partlayışın emal avadanlığının partlayıcı maddə olan tanka çox yaxın olması səbəbindən baş verdiyini göstərib. Avadanlıqda yanma səviyyəsinin kritik həddə çatdığı və bunun partlayışa səbəb olduğu qeyd olunub.
Qeyd edək ki, ötən il Nigeriyada qeyri-qanuni neft emalı zavodunda baş verən partlayışda ən azı 100 nəfər yanaraq ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə