Türkiyə hüquq - mühafizə orqanları İstanbul, Van, Şanlıurfa, Elazığ, Dücze, Diyarbakir, Bursa, Edirne, Kırlareli, Kilis, Iğdır, Hatay, Adana, Kahramanmaraş və Dənizli şəhərlərində əməliyyat keçirib.
SİA xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.
O bildirib ki, bölücü terror təşkilatına (BTÖ) qarşı keçirilən əməliyyatda 37 nəfər saxlanılıb.
Həmçinin, Ağrı vilayətində sərhədi qanunsuz keçməyə çalışan 2 terrorçu məhv edilib.
Nazir terrorçulara qarşı mübarizənin sonadək davam edəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB