Nigeriyada qayığın batması nəticəsində 22 nəfər ölüb

Nigeriyada qayığın batması nəticəsində 22 nəfər ölüb

Nigeriyanın şimal-qərbində Niger çayında gəminin batması nəticəsində azı 22 nəfər boğularaq ölüb. SİA xəbər verir ki, bu barədə Nigeriyanın “Punch” qəzeti məlumat yayıb.

Xilasetmə və axtarış tədbirləri davam etdirilir. Qayığın göyərtəsində neçə nəfərin olduğu dəqiq məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə