“Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun ratifikasiyasını təşviq edən və rusofob mövqe tutan erməni parlamentarilərə qarşı sanksiyaların tətbiqi ehtimalı istisna edilmir”. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib.
“Ermənistanın baş naziri Nikol Paşinyanın rusofob siyasəti ABŞ-nin təzyiqi altında baş verir, lakin bu cür hərəkətlərə görə parlament üzvləri də məsuliyyət daşıyırlar”, - deputat bildirib.
Xatırladaq ki, bu gün Ermənistan BCM-nin Roma Statutunu rəsmən ratifikasiya edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB