Kanada Parlamentinə ilk qaradərili spiker seçildi

Kanada Parlamentinə ilk qaradərili spiker seçildi

Kanada Parlamentinə ilk qaradərili spiker seçilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu vəzifə liberal deputat Greg Fergusa həvalə olunub.

“Vəzifəmi yerinə yetirərkən düşüncəli, əməkdaşlıq edən və ədalətli olacağıma söz verirəm”, - deyə spiker bildirib.

Həmçinin, Kanadadakı bəzi mühafizəkarlar Fergusun namizədliyinə qarşı çıxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə