Rusiyayönlü “Gürcü arzusu” prezidenti impiçment etməyə hazırlaşır?

Rusiyayönlü “Gürcü arzusu” prezidenti impiçment etməyə hazırlaşır?

Gürcüstanda Konstitusiya Məhkəməsi ölkə tarixində ilk dəfə prezident impiçmenti dinləmələrinə başlayıb. Hakim partiya Salome Zurabişvilini hökumətin icazəsi olmadan xarici səfərlərə getməklə ölkənin əsas qanunlarını pozmaqda ittiham edərək istefaya getməyə çalışır.

SİA-nın əldə etdiyi məlumata görə, deputatların prezidentin Konstitusiyanı mümkün pozması ilə bağlı bəyanatını hakim “Gürcü arzusu” Partiyasının sədri İrakli Kobaxidze də daxil olmaqla dörd parlament üzvü təqdim edir.

Partiya hesab edir ki, Zurabişvilinin səfərləri Gürcüstan Konstitusiyasının 52-ci maddəsinə zidd olub, buna görə prezident Nazirlər Kabinetinin razılığı ilə xarici siyasət münasibətlərində danışıqlar aparır və nümayəndəlik səlahiyyətlərini həyata keçirir.

Qeyd edək ki, ölkə prezidenti Avropa ölkələrinə səfərlərin və Avropa liderləri ilə görüşlərin məqsədlərini Gürcüstanın Avropaya inteqrasiyası və ölkəsinin Avropa İttifaqına namizəd statusu alması ilə əlaqələndirir. Onu da qeyd edək ki, əslində Zurabişvilinin görüşdüyü Avropa liderlərinin bəyanatları da bunu təsdiqləyir.

“Gürcü arzusu” prezidenti ölkənin milli maraqlarını sabotaj etməkdə və Avropa İttifaqına namizəd statusu almasına mane olmaqda ittiham edir.

Yeri gəlmişkən, müxalifətin əksəriyyəti, o cümlədən ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın deputatları Zurabişvilinin vəzifədən kənarlaşdırılmasının əleyhinə səs verəcəklərini və ya ümumiyyətlə səsvermədə iştirak etməyəcəyini vəd edirlər. Müxalifət əmindir ki, Gürcüstana Avropa İttifaqına namizəd statusunun verilməsi ilə bağlı qərarın qəbulu ərəfəsində impiçmentin başlanması təsadüfi deyil.

“Bu, Gürcüstanın Avropa kursunun təxribatıdır, bu, təxribatdır – xüsusən də biz namizəd statusunu gözlədiyimiz və beynəlxalq tərəfdaşlarımızın Gürcüstan hakimiyyətinin hər addımını izlədiyi bir vaxtda”.

Bunu ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın deputatı Ana Tsitlidze Konstitusiya Məhkəməsində keçirilən dinləmələr ərəfəsində bildirib.

Xatırladaq ki, keçirilən sorğular göstərir ki, Gürcüstan əhalisinin mütləq əksəriyyəti ölkənin NATO və Avropa İttifaqında gələcəyinin tərəfdarıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə