“Rusnano” dövlət şirkəti iflas riski barədə xəbərdarlıq edib. Onun 2023-cü ilin birinci yarısı üçün hesabatlarında deyilir ki, kreditorların tələblərinin həcmi, hətta istiqrazlar üzrə faizlər və icbari ödənişlər nəzərə alınmasa belə, aktivlərin dəyərini xeyli üstələyir.
“2023-cü ilin sonunadək ödənilməli olan kreditor borclarının həcmini nəzərə alsaq, borc öhdəliklərini yalnız öz vəsaiti hesabına tam yerinə yetirmək obyektiv olaraq mümkün deyil”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sənəddə belə deyilir.
Qeyd edək ki, hesabatda o da qeyd edilir ki, şirkətin səhmdarın, yəni dövlətin qərarı ilə iflasa səbəb ola biləcək “müflisləşmə əlamətləri və qeyri-kafi əmlak” var.
Sənəddə bildirilir ki, “Rusnano”un 2023-cü il iyunun 30-na olan xalis borcu ilin əvvəlindən 5 milyard rubldan çox artaraq 95,56 milyard rubl təşkil edib. Dekabrda şirkət 10 milyard rubl həcmində birja istiqrazlarının buraxılışını ödəməli olacaq.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB