Qərb ölkələri artıq tükənir..?

Qərb ölkələri artıq tükənir..?

Fransalı hərbi ekspert Olivye Kempf Qərb ölkələrinin Ukraynaya ötürdüyü silahların tədarükünü dəyərləndirib.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə İsveçrənin RTS teleradio şirkətinə müsahibəsində danışıb.

Beləliklə, Kempf Ukraynaya Qərbdən uzunmüddətli yardımı istisna edərək bildirib ki, ölkələr uzun müddət Ukrayna Silahlı Qüvvələrinə dəstək ola bilməz.

Onun fikrincə, Kiyev dövlətlərin təklif edə biləcəyi demək olar ki, bütün silahları alıb.

...Uzun müharibənin problemi ondan ibarətdir ki, onun resurslara ehtiyacı var. Resurslar təbii ki, insanlardadır, lakin bundan əlavə materiallar da önəm kəsb edir ki, Qərb ölkələri öz arsenallarında olanları, verə biləcəklərini artıq veriblər.

Onlar hələ də Ukraynanı bir neçə kiçik şey təmin edə bilərlər, lakin uzun müddətdə müharibə səylərini davam etdirmək üçün bu kifayət deyil.

Ekspert etiraf edib ki, Qərb kəşfiyyat məlumatları, Ukrayna Silahlı Qüvvələrinin əsgərləri üçün təlimlər və peyk dəstəyi verməyə davam edəcək, lakin silah məsələsində dəyişiklik tələb olunacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə