Son zamanlar Ukraynanın Rusiya Federasiyasındakı aerodromlara edilən ardıcıl hücumlardan sonra ruslar öz təyyarələrini qorumaq üçün yollar axtarmağa başlayıblar.
Verilən xəbərlərə görə, onlar son zamanlar öz təyyarələrini gizlətmək üçün şinlərlə örtməyə başlayıblar və hətta son zamanlar təyyarələrinin qraffitisini də çəkməyə başlayıblar.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov “Kanal 24”-ə Rusiyanın “yaradıcılığını” şərh edərək, düşmənin hədəflərinə, xüsusən də aerodromlara zərbələr endirmələrini ruslar üçün böyük təhlükə adlandırıb.
Onun dediyinə görə, bu gün ruslar öz təyyarələrini başqa aerodromlara köçürməyə çalışırlar ki, əslində bu da asan məsələ deyil.
Rusların hələ də köhnə üsullardan istifadə etdiklərini dilə gətirən Yusov, onların müasir texnologiyalar və peykləri aldatmaq cəhdini gülünc sayıb.
Yəni ukraynalı rəsminin dediyinə görə, bu gün peyk onların necə “rəsm əsərləri” çəkdiklərini artıq lentə alıb.
Xatırladaq ki, oktyabrın 1-də səhər saatlarında Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiya Federasiyasının Smolensk vilayətinə hücum edib. Bundan sonra ruslar guya beş pilotsuz uçuş aparatını vurduqlarını bildirmişdilər.
Təbii ki, Rusiya xəbərlərinə görə, heş bir dağıntı filan olmayıb, lakin sonradan media müəyyən edib ki, pilotsuz uçuş aparatları Smolensk təyyarə zavoduna zərbələr endirib. Bu zərbələri şərh edən Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi “X-59” raketlərinin istehsalının pozulduğunu bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB