ABŞ senatorlarından ibarət nümayəndə heyəti gələn həftə Çinə gedəcək. Səfər çərçivəsində onların Çin dövlət başçısı Si Cinpinlə görüşü nəzərdə tutulur.
SİA-nın əldə etdiyi məlumata görə, nümayəndə heyətinə hər iki partiyanın - Demokrat və Respublikaçıların nümayəndələri daxildir. ABŞ Senatındakı demokrat çoxluğun lideri Çak Şumerin də Çinə gedəcəyi gözlənilir.
Parlamentarilərin Çin başçısı ilə danışıqlarının əsas müzakirə mövzularından biri “Micron Technology”nin fəaliyyəti olacaq. Onlar həmçinin Şanxayda Amerika işgüzar dairələrinin nümayəndələri ilə görüşməyi və onlarla Amerika şirkətləri üçün Çindəki investisiya mühiti ilə bağlı narahatlıqları müzakirə etməyi planlaşdırırlar.
Qeyd edilir ki, Si Cinpinin xarici qanunvericilərlə görüşü rəsmən təsdiqlənməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB