Cənub Dairə Hərbi Məhkəməsi Volqoqrad vilayətinin Uryupinsk şəhər sakini Mixail Filatovu hərbi komissarlığı yandırmaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, cəzasını ciddi rejimli koloniyada, ilk üç ilini isə həbsdə çəkəcək.
Deyilənlərə görə, “Red and White” spirt mağazasının keçmiş texniki işçisi xeyli maddi ziyanla nəticələnən terror aktı törətməkdə təqsirli bilinib.
Yanğın zamanı hərbi komissarlığın qapısı və həyətdə saxlanılan “Jiquli” markalı avtomobil yanıb.
Sən demə, yanan “Jiquli” elə Filatovun özünə məxsusmuş.
Xatırladaq ki, Uryupinsk hərbi komissarlığına hücum 26 sentyabr 2022-ci ildə baş verib. Hadisədən sonra Filatovun VK sosial şəbəkəsindəki səhifəsində Ukraynadakı müharibəyə və səfərbərliyə etirazını bildirdiyi mesajı yayılıb. Yerli media təqsirləndirilən şəxs haqqında onun neonasist baxışlarına sadiq qaldığını və “Ayıq Uryupinsk” ictimai səhifəsinə moderatorluq etdiyini bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB