Şeremet Almaniyanı Rusiya ərazisinə təcavüzdə ittiham edir

Şeremet Almaniyanı Rusiya ərazisinə təcavüzdə ittiham edir

Rusiya Dövlət Duması Almaniyanı Rusiya ərazisinə təcavüz etməkdə ittiham edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə oktyabrın 3-də RİA Novosti yazır.

Deməli, Krımdan olan deputat Mixail Şeremet RİA Novosti-yə müsahibəsində Almaniyanın xarici işlər naziri Annalena Barbokun Avropa İttifaqının yaxın vaxtlarda "Lissabondan Luqanska"ya qədər uzanacağı ilə bağlı bəyanatı Rusiyanın ərazi bütövlüyünə qəsd olduğunu bildirib.

“Berbok öz bəyanatında orada keçirilən referendumlardan sonra qanuni olaraq Rusiya Federasiyasının tərkibinə daxil olan ərazilərdən də danışır. Onun sözləri Rusiya Federasiyasının ərazi bütövlüyünə təhdid və qəsd kimi qiymətləndirilməlidir”.

Bunu deyən, Şeremet bu cür bəyanatların cavabsız qala bilməyəcəyini vurğulayıb və Berbokun dedikləri ilə bağlı Almaniyanın Rusiyadakı səfirinə etiraz notası təqdim etməyi təklif edib.

Krımlı deputatın fikrincə, Rusiyanın suverenliyinə və ərazi bütövlüyünə qəsd edən yeni bəyanatlar olacağı təqdirdə, alman diplomatlarının ölkədən çıxarılması, habelə almaniyalı avtomobillərin Rusiyaya girişinə qadağa qoyulması məsələsi qaldırılmalıdır.

“Qərb ölkələri rusofob siyasətləri və aqressiv hərəkətləri ilə Rusiya ilə münasibətlərdəki dəmir pərdəni aşağı salmağa davam edir, bu səbəbdən də özləri zərər görəcəklər”.

Bəli, bunu da Şeremet bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə