Federal Təhlükəsizlik Xidməti Rusiya hökumətinin iri internet xidmətlərini istifadəçilərin geolokasiyası və istifadə etdikləri ödəniş vasitələri haqqında məlumatların saxlanması öhdəliyi ilə bağlı fərman layihəsi hazırlayıb. Sənəd hüquqi akt layihələrinin rəsmi portalında dərc olunub. Qətnamə hökumət adından hazırlanıb. Mətndə iddia olunur ki, belə bir vəzifənin olmaması indi “müəyyən olmayan hüquq-mühafizə təcrübəsi” yaradır və Rusiyanın təhlükəsizliyinə “mənfi təsir göstərir”.
SİA-nın əldə etdiyi məlumata görə, qayda qəbul edilərsə, informasiya yayımı təşkilatçılarının reyestrinə daxil edilmiş internet xidmətlərinə şamil ediləcək.
Qeyd edək ki, 2018-ci ildən, “Yarovaya qanunu” adlanan qanuna görə, belə şirkətlər artıq altı ay ərzində müştəri yazışmalarını, o cümlədən video və audionu saxlamalı və sorğu əsasında kəşfiyyat xidmətlərinə ötürməlidirlər.
Yeri gəlmişkən reyestrə artıq VK sosial şəbəkəsi, “Yandex” və “Mail.ru”-nun poçt və qida çatdırılması xidmətləri, taksi xidmətləri, Rusiyanın “Mamba” və “Loveplanet” tanışlıq saytları, “WeChat2 və Telegram ani messencerləri, “Yaplakal” və “Picabu” əyləncə saytları, bir çox regional media saytları daxildir.
Onu da qeyd edək ki, Federal Təhlükəsizlik Xidmətinin qətnamə layihəsində istifadəçinin onunla geolokasiya paylaşmaqdan imtina etdiyi təqdirdə vebsaytın nə etməli olduğu göstərilməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB