Yaşar Gülər: ''Terrorla mübarizəni sonadək davam etdirəcəyik''

Yaşar Gülər: ''Terrorla mübarizəni sonadək davam etdirəcəyik''

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​terrorla mübarizənin bu coğrafiyadan əli qanlı terrorçular yox olana qədər davam edəcəyini bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Nazir Yaşar Gülər ​​Gebze Texniki Universitetinin (GTÜ) 2023-2024-cü tədris ilinin açılışında etdiyi çıxışında həftə sonu Daxili İşlər Nazirliyinin qarşısında törədilən uğursuz terror cəhdinə toxunub.

Yaşar Gülər bildirib ki, qəhrəman polislər dərhal reaksiya verərək 2 terrorçunu zərərsizləşdirdi.

Türkiyənin ən mühüm prioritetinin bölgədə sülh və sabitliyin təmin edilməsi olduğunu bildirən Yaşar Gülər deyib:"Bütün qonşularımızın sərhədlərinə hörmət etdiyimiz kimi, İraq və Suriyanın da ərazi bütövlüyünü dəstəkləyirik. Bizim yeganə məqsədimiz bölgəni ən qısa zamanda terror təşkilatlarından təmizləməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə