...Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini ratifikasiya etməsini ikitərəfli münasibətlər baxımından “yanlış” addım hesab edir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu düzgün olmayan qərardır kimi dəyərləndirən Peskov, əlavə edib ki, Rusiya tərəfi Rusiya prezidenti Vladimir Putinin nədənsə Ermənistana səfərlərdən imtina etməsini istəməz.
Ermənistanla daim müxtəlif səviyyələrdə təmaslar getdiyini və bu mövzuda ciddi söhbətlərin hələ qarşıda olduğunu deyən Peskov, ölkəsinin bununla bağlı hansısa diplomatik həll yolu axtaracağını da gizlətməyib.
Xatırladaq ki, Roma Statutunu ratifikasiya edən ölkələrdən Rusiya prezidenti Vladimir Putini ukraynalı uşaqların “qeyri-qanuni deportasiya” ittihamı ilə Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi order əsasında həbs etmələri tələb olunur.
Peskovun sözlərinə görə, Ermənistan Rusiya üçün dost dövlətdir, lakin Moskvanın Ermənistanın hazırkı rəhbərliyinə əvvəllər erməni tərəfinə verilmiş əlavə sualları olacaq.
Rusiya prezidentinin mətbuat katibi Dağlıq Qarabağdan danışarkən qeyd edib ki, Rusiya tərəfi “Qarabağ erməniləri üçün ürəyi ilə ağrımaqda davam edir”.
“Biz azərbaycanlı dostlarımızın Qarabağda qalmaq istəyən ermənilərin təhlükəsizliyini və hüquqlarını təmin etmək niyyəti ilə bağlı bəyanatlarını diqqətlə dinləyirik. Biz humanitar yardım göstəririk, sülhməramlılarımız humanitar yardım axınının təmin edilməsi, Qarabağı tərk edən və orada qalan ermənilərin aktual problemlərinin həlli istiqamətində fəaliyyətlərini davam etdirirlər və biz bunu davam etdirəcəyik”.
Bunu da Dmitri Peskov bildirib.
Kremlin sözçüsü İrəvanın Rusiya və KTMT-yə qarşı ikitərəfli tərəfdaşlıq və KTMT mexanizmlərinin Ermənistanı qorumaq üçün yetərli olmadığına dair ittihamlarını bir daha rədd edərək bildirib ki, KTMT və Ermənistan-Rusiya tərəfdaşlığının alətləri hazırda “tamamilə zəruridir”.
Xatırladaq ki, 2022-ci ilin fevralında Rusiya və Azərbaycan müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə imzalayıblar. Vladimir Putin və İlham Əliyev tərəfindən imzalanmış bu sənədlə Rusiya və Azərbaycan dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və bir-birinin dövlət sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşır, həmçinin bir-birlərinə hərbi yardım göstərilməsi imkanlarını nəzərdən keçirməyə razılaşırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB