"Carlsberg" "Baltika"dan bütün brendlərinin lisenziyasını ləğv etdi
Dünyanın ən böyük pivə istehsalçılarından biri olan Danimarkanın "Carlsberg" şirkəti Rusiyadakı törəmə şirkəti olan "Baltika" pivə istehsalı şirkətinin bütün brendlərinin lisenziyasını ləğv edəcək. İstehsalçı bunu biznesin dövlət tərəfindən ələ keçirilməsinə cavab adlandırıb, Danimarka şirkəti Rusiya bölməsinə nəzarətin Federal Əmlak İdarəetmə Agentliyinə verilməsini belə xarakterizə edir.
SİA-nın əldə etdiyi məlumata görə, “Baltika” Rusiyada 50-dən çox marka altında pivə istehsal edən səkkiz fabrikə malikdir. Qeyd edək ki, bura “Baltika”, “Tuborq”, “Kronenburq”, “Žatecký Gus”, “Arsenal” və s. daxil idi. Onu da qeyd edək ki, şirkət Rusiya bazarında ikinci ən böyük pivə istehsalçısı idi.
Xatırladaq ki, iyun ayında istehsalçının adı açıqlanmayan alıcıya 200 milyon avroya satılacağı elan edilmişdi. Müqavilə Rusiya prezidenti Vladimir Putinin Rusiya şirkətində xarici idarəetməni tətbiq edən fərmanı ilə pozulub.
Danimarka şirkəti oktyabrın 3-də bildirib ki, o, “biznesin qanunsuz ələ keçirilməsinə haqq qazandıracaq qəbuledilməz şərtlərlə sövdələşməyə məcbur edilməkdən” imtina edir. “Baltika”ya aprelin 1-dək geri çağırılan brendlərin istehsalı üçün ehtiyat və materiallardan istifadə etməyə icazə verilib.
Yeri gəlmişkən, “Baltika”ya aprelin 1-dək geri çağırılan brendlərin istehsalı üçün ehtiyat və materiallardan istifadə etməyə icazə verilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB