Boko Harama ağır zərbələr endirilib

Boko Harama ağır zərbələr endirilib

Nigeriya ordusu ölkənin şimal-şərqində terror təşkilatı Boko Harama qarşı həyata keçirdiyi hava əməliyyatı nəticəsində onlarla terrorçunu zərərsizləşdirib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Nigeriya Hərbi Hava Qüvvələrinin (NAF) sözçüsü Edvard Qabkvet verdiyi açıqlamada ordunun ölkənin şimal-şərqindəki Borno əyalətində Boko Harama qarşı hava əməliyyatı həyata keçirdiyini bildirib.

Qabkvet əməliyyat zamanı Boko Haram üzvlərinin yerləşdiyi düşərgələrin məhv edildiyini və onlarla terrorçunun zərərsizləşdirildiyini bildirib.

2000-ci illərin əvvəlindən etibarən Nigeriyada mövcudluğunu davam etdirən Boko Haramın 2009-cu ildən bəri təşkil etdiyi kütləvi zorakılıq aktları nəticəsində minlərlə adam həyatını itirib.

Təşkilat 2015-ci ildən bəri Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə