Marqarita ruslara nüvə sınağı keçirməyi təklif edir...

Peskov Simonyanın Rusiyada nüvə sınaqları keçirmək ideyasını yüksək qiymətləndirib
Marqarita ruslara nüvə sınağı keçirməyi təklif edir...

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RT telekanalının və “Rossiya seqodnya” xəbər agentliyinin baş redaktoru Marqarita Simonyanın “Sibirdən 100 km yüksəklikdə atmosferdə” nüvə sınaqları keçirmək təklifini şərh edib.

SİA-nın əldə etdiyi məlumata görə, Kreml rəsmisi brifinqdə jurnalistlərə Rusiyanın hələ də nüvə sınaqlarından imtina rejimini tərk etmədiyini xatırladıb.

Onun sözlərinə görə, bununla bağlı rəsmi səviyyədə nüvə sınaqları ilə bağlı müzakirələr hazırda mümkün deyil.

Peskov həmçinin qeyd edib ki, Simonyan dövlət qulluqçusu deyil və onun sözləri heç də həmişə rəsmi mövqeyi əks etdirmir.

Xatırladaq ki, bir müddət bundan əvvəl Adlerdəki evinin yaxınlığında pilotsuz uçuş aparatının düşməsindən şikayətlənən Marqarita Simonyan “Sibirdən 100 km yüksəklikdə atmosferdə” nüvə sınağı keçirməyi təklif etmişdi.

Qeyd edək ki, ruslara görə, guya bu Qərb üçün çəkindirici siqnal olardı, lakin Rusiya üçün mənfi nəticələrə səbəb olmur?

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə