“Azov” komandiri döyüşlərə qayıdır

“Azov” komandiri döyüşlərə qayıdır

Bu arada Ukraynanın daxili işlər naziri İqor Klimenko, “Azov” komandiri Denis Prokopenkonun yenidən onun bölməsinin rəisi olduğunu bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Ukrayinska Pravda” nəşri xəbər verir.

Nazirin sözlərinə görə, hazırda Prokopenko öz bölməsinin şəxsi heyətinin hazırlanmasına cavabdehdir.

…O, prosesə tam inteqrasiya edib. O, getdiyi vaxtın əvəzini çıxararaq, işlərin yelləncəklərinə girir”.

Klimenko deyib bunu.

Xatırladaq ki, “Azov”un rəhbərləri Rusiya Federasiyası ilə razılaşmaya əsasən, Ukraynada xüsusi əməliyyat başa çatana qədər Türkiyədə qalmalı idilər, lakin iyulun 8-də onlar sərbəst buraxılıblar.

Yeri gəlmişkən “Azov” bu gün Rusiyada qadağan olunmuş təşkilatdır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə