Polşa və Çexiya Slovakiya ilə sərhəddə yoxlamalara başlayır

Polşa və Çexiya Slovakiya ilə sərhəddə yoxlamalara başlayır

Polşa və Çexiya qeyri-qanuni mühacir axını ilə mübarizə aparmaq üçün gecə yarısı Slovakiya ilə sərhəd qapılarında 10 gün müddətinə müvəqqəti yoxlamalar tətbiq etməyə başlayacaq. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Polşa və Çexiya qeyri-qanuni mühacir axınının qarşısını almaq üçün Slovakiya ilə sərhəddə nəzarəti gücləndirir. Polşanın daxili işlər və inzibati idarəetmə naziri Mariuş Kaminski keçirdiyi mətbuat konfransında Polşanın bu gecə yarısından etibarən Slovakiya ilə bütün sərhəd qapılarında müvəqqəti yoxlamalara başlayacağını açıqlayıb.

Slovakiyadan Polşaya daxil olan qeyri-qanuni mühacirlərin sayının keçən illə müqayisədə təxminən min faiz artdığını bildirən Kaminski, sərhəd qapılarında yoxlamaların qanunvericiliyə uyğun olaraq 10 gün davam edəcəyini və bu müddətin daha sonra uzadıla biləcəyini bildirib. Son iki həftədə Slovakiyadan Polşaya girən 551 qeyri-qanuni immiqrantı tutduqlarını ifadə edən Kaminski, Slovakiya, Almaniya, Avstriya, Çexiya və Avropa Komissiyasının nəzarətlərlə bağlı məlumatlandırıldığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə