Banqladeş səhiyyə orqanları 2023-cü ildə ağcaqanadlarla yoluxan dang qızdırmasından ümumilikdə 1017 nəfərin öləcəyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, məlumatda gündəlik dang qızdırması hesabatında 2023-cü ilin yanvar-oktyabr ayları arasında ümumilikdə 1017 nəfərin öldüyü və 208 min 884 nəfərdə dang qızdırması hadisəsinin aşkar edildiyini açıqlanəb. 2 oktyabr tarixli hesabatda epidemiyadan ən çox 16-30 yaş arası insanların təsirləndiyi və xəstəlikdən ölənlərin daha çox 30-40 yaş arasında baş verdiyi vurğulanıb.
Banqladeşli səlahiyyətlilər 2023-cü ilin may ayından etibarən dang qızdırması hadisələrinin artdığını və yoluxma sayının avqustda 71 min 976, sentyabrda isə 79 min 598-ə yüksəldiyini bildirib. Epidemiyanın 2023-cü ildə yoluxma sayında əhəmiyyətli dərəcədə artdığına diqqət çəkən səlahiyyətlilər, 2022-ci ildə 62 min 382 olan yoluxma sayının 2023-cü ilin sonuna qədər 208 min 884-ə yüksəldiyini vurğulayıblar. Pələng ağcaqanadları tərəfindən daşınan və ötürülən dang qızdırması sümüklərdə şiddətli ağrıya səbəb olduğu üçün "sınıq sümük qızdırması" kimi də tanınır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB