Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olacaq?
Rusiya prezidenti Vladimir Putin gələn ay 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edə biləcəyinə dair siqnal verə bilər və bu onun ən azı 2030-cu ilə qədər hakimiyyətdə qalmasına yol aça bilər. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.
“Kommersant” prezident administrasiyasına yaxın olan naməlum mənbələrə istinadən yazıb ki, rəsmilər Putindən noyabrda keçiriləcək konfransda martda keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlamasını gözləyirlər.
Rusiyanın ən hörmətli qəzetlərindən olan “Kommersant” Putinin konfransda nə edəcəyi ilə bağlı başqa ssenarilərin də olduğunu və yekun qərarın Putinə aid olduğunu bildirib. Kreml məsələ ilə bağlı şərh verməyib. 1999-cu ilin son günündə prezident səlahiyyətlərini Boris Yeltsinə təhvil verən Putin, İosif Stalin dövründən bəri bütün Rusiya monarxlarından daha uzun müddət prezident olub, hətta Leonid Brejnevin 18 illik səlahiyyət müddətini də keçib. Oktyabrın 7-də Putinin 71 yaşı tamam olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB