Rusiya və Çin arasında elektrik enerjisinin qiyməti ilə bağlı danışıqlar aparılır

Rusiya və Çin arasında elektrik enerjisinin qiyməti ilə bağlı danışıqlar aparılır

Rusiyanın elektrik enerjisi istehsal edən və paylama şirkəti "İnter RAO" Çinə elektrik enerjisi tədarükünü azaltmağa başladığını bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, "İnter RAO" tərəfindən verilən açıqlamada Monqolustanın Rusiyadan idxal etdiyi elektrik enerjisinə görə qiymət artımını qəbul etdiyi və bu ölkəyə daşımaların davam etdiyi bildirilib. Bəyanatda qiymət artımı ilə bağlı Çinlə danışıqların davam etdiyi də vurğulanıb: "Bu səbəblə yükü qismən azaltmağa başladıq".

Rusiya hökuməti daxili bazarı qorumaq üçün xarici valyutaya əsaslanan gəlir təmin edən bəzi ixrac məhsulları üzrə rus rublunun ucuzlaşmasından asılı olaraq müxtəlif dərəcələrdə əlavə gömrük rüsumları toplamağa başlayıb. "İnter RAO" elektrik enerjisi ixrac etdiyi ölkələrə qiymətlərdə 7 faiz artım olacağını da açıqlayıb.

Qeyd edək ki, Rusiyanın yeganə elektrik enerjisi ixracatçısı olan "İnter RAO" ötən il Çinə 4,7 milyard k.v.s elektrik enerjisi tədarük edib. Şirkət Çinlə yanaşı, Monqolustan və Azərbaycana da elektrik enerjisi göndərir.

Bütün xəbərlər Facebook səhifəmizdə