“Terror təşkilatı PKK ilə mübarizədə Türkiyənin yanında olmağa davam edəcəyik”. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuata açıqlamasında deyib.
O bildirib ki, ABŞ terror təşkilatı PKK ilə mübarizədə NATO müttəfiqi Türk xalqının yanında dayanmağa davam edəcək.
Miller PKK-nın ABŞ tərəfindən xarici terror təşkilatı kimi tanındığını xatırladıb.
Qeyd edək ki, oktyabrın 1-də PKK tərəfindən Türkiyə Daxili İşlər Nazirliyi Mühafizə Baş İdarəsinə terror hücumu olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə