Bundestaqın Yaşıllar Partiyasından keçmiş deputatı Volker Bek Almaniyanın xarici işlər naziri Annalena Barboka məktub göndərərək Berlindəki “Rus Evi” əməkdaşlarının ölkədə arzuolunmaz elan edilməsini tələb edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, o, Berlin prokurorluğunun Rusiya qurumuna qarşı sanksiya qanunvericiliyini pozduğuna görə cinayət işinin bağlanması barədə qərarından apellyasiya şikayəti verib.
Qeyd edək ki, iş, Bekin Berlindəki Mitte Dairə Ofisinə qarşı bəyanatından sonra açılıb. Siyasətçi bu icra hakimiyyəti orqanlarını “Rusiya Evi”nin Avropa İttifaqının sanksiya siyahısına daxil edilmiş “Rossotrudniçestvo”ya tabe olmasına baxmayaraq, ona qarşı heç bir tədbir görməməkdə ittiham edib.
Prokurorluq hesab edib ki, mədəniyyət mərkəzinə məsul şəxslər diplomatik statusa malik olduğundan evin əməkdaşlarının cinayət məsuliyyətinə cəlb edilməsi mümkün deyil.
Bek bütün işçilərin bu statusa malik olmadığını bildirir. Onun vəkili Patrick Heinemann hesab edir ki, Sanksiyaların İcrası üzrə Mərkəzi Agentliyin rəhbərləri də cinayət törədiblər. Onun sözlərinə görə, onlar aylardır “Rusiya Evi”nin qeyri-qanuni fəaliyyəti ilə bağlı heç bir tədbir görmürlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə