Bu siyahıya düşənlər Qazaxıstana gələ bilməyəcəklər

Qazaxıstan hakimiyyəti respublika haqqında mənfi danışanların siyahısını saxlayır.

Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi Aybek Smadiyarovun dediyinə görə, belə insanların ölkəyə girişinə qadağa qoyula bilər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, diplomat sosial şəbəkələrdə rusların bəzi bəyanatları ilə bağlı məsələni belə şərh edib.

Smadiyarov Rusiya ilə Qazaxıstan arasında “yaxşı, mehriban qonşuluq” münasibətlərinin olduğunu vurğulayıb.

Qeyd edək ki, qazax diplomat ölkəyə girişi qadağan olunan şəxslərin siyahısının mövcudluğu ilə bağlı ona ünvanlanan suala “bunun üzərində işləndiyini” təsdiqləyib.

Diplomat, eyni zamanda, bura kimin daxil olduğunu və neçə nəfərin olduğunu açıqlamaqdan imtina edib, lakin əlavə edib ki, onlar üçün “sərhəd artıq bağlıdır”.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə