Rusiya dövlət nömrə nişanlı avtomobillər Bolqarıstana da buraxılmayacaq

Bolqarıstan hakimiyyəti Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişinə qadağa qoyub. O, bu gün, oktyabrın 2-nin sonuna kimi qüvvəyə minəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə yerli KİV-ə istinadən Bolqarıstan sərhəd polisinin rəhbəri Anton Zlatanov bildirib.

Zlatanov qeyd edib ki, qadağa həm minik, həm də yük maşınlarına şamil olunacaq.

Qeyd edək ki, Bolqarıstan Rusiya ilə həmsərhəd deyil və belə görünür ki, Rusiya nömrəli nişanlı avtomobillər bu ölkəyə elə də çox gəlmirlər.

Bununla belə, bir sıra Rusiya vətəndaşları Gürcüstan, Türkiyə və Bolqarıstan vasitəsilə digər Avropa İttifaqı ölkələrinə səyahət edirlər.

Rusiya avtomobillərinin ölkəyə girişinə qadağa Rusiya və Norveçlə həmsərhəd olan bütün Avropa İttifaqı ölkələri tərəfindən təsdiqləndikdən sonra bu marşrut üzrə avtomobillərin sayı nəzəri olaraq arta bilər.

Avropa Komissiyasının sentyabrın 8-də Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişinin sanksiya rejiminin qadağan etdiyi idxala bərabər ola biləcəyi barədə sanksiyaların izahatını dərc etməsindən sonra bir sıra Avropa İttifaqı ölkələri Rusiya avtomobillərinin ölkəyə girişinə qadağa tətbiq edib.

Yeri gəlmişkən Almaniyada Rusiya avtomobillərinin müsadirə edilməsi ilə bağlı məlum hallar da var.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə