Türkiyə, BƏƏ, İraq və Qətər rəsmiləri “İnkişaf yolu” üçün toplandılar

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sərmayələr naziri Məhəmməd Həsən əl-Suvaidi ilə görüşdü.

SİA-nın əldə etdiyi məlumata görə, İstanbulda olan görüşdə Türkiyə, BƏƏ, İraq və Qətər rəsmilərindən ibarət texniki heyət İnkişaf Yolu Layihəsi üçün görülən işlərin tez bir zamanda yekunlaşdırılması və nazirliklər səviyyəsinə çıxarılması müzakirə olunub.

İki ölkə arasında nəqliyyat sahəsində mümkün əməkdaşlıq imkanlarının danışıldığı görüşdə Əbdülqədir Uraloğlu Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin ölkədə həyata keçirdiyi layihələr haqqında məlumat verib.

BƏƏ-nin investisiya naziri əl-Suvaidi İnkişaf Yolu Layihəsi çərçivəsində dördtərəfli razılaşmaya müsbət yanaşdıqlarını bildirib: "Biz İnkişaf Yolu Layihəsinə böyük əhəmiyyət veririk. Çünki bu yolun Avropa və Asiya bazarları ilə əlaqəni təmin edəcəyini düşünürük. Düşünürük ki, bu xətt çox tez tamamlanacaq. Biz hər mənada bu məsələnin üzərində işləyəcəyik, çalışırıq və layihəyə hər cür dəstəyi verməyə hazırıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə