Stokholmdakı İsveç Kral Elmlər Akademiyası 2023-cü ildə “Fiziologiya və ya tibb” nominasiyası üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Mükafatı koronavirus peyvəndinin hazırlanmasında əvəzedilməz xidmətləri olan macar biokimyaçı Katalin Kariko və amerikalı alim Dryu Veysman alıb. SİA-nın məlumatına görə, bu barədə Nobel komitəsinin “Twitter” hesabında xəbər verilib.
Bildirilir ki, alimlər Nobel mükafatını “nuklein turşusu əsaslarının modifikasiyası sahəsində kəşflərinə görə” alıblar; bu kəşf mRNT vaksinlərinin hazırlanmasına imkan verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB