İspaniyada 18 nəfər itkin düşüb

İspaniyada 18 nəfər itkin düşüb

İspaniyanın cənub-şərqindəki Mursiya şəhərində gecə klubunda baş verən yanğın nəticəsində azı 13 nəfər ölüb, 4 nəfər yaralanıb, 18 nəfər itkin düşüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, yanğının söndürülməsi üçün bir neçə yanğınsöndürmə briqadası və helikopter cəlb olunub. Yaralananlar xəstəxanaya yerləşdiriliblər. Bundan başqa, itkin düşənlərin kimliyini təsdiqləmək üçün itkin düşənlərin ailələrindən DNT nümunələri götürülüb.

Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə