Misirdə polis idarəsinin binasında yanğın baş verib

Misirdə polis idarəsinin binasında yanğın baş verib

Misirdə polis idarəsinin binasında baş verən yanğın nəticəsində ən azı 25 nəfər xəsarət alıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Misirin İsmailiyyə şəhərində Polis Qərargahında baş verən yanğın bir anda böyüyüb.

Binanın alov içində qalan hissəsi dağılıb. Uzun səylərdən sonra yanğın çətinliklə nəzarət altına alınıb.

Yanğın zamanı binanın içərisində polis əməkdaşlarının olduğu bildirilib.

Can itkisi ilə bağlı məlumat verilməsə də, azı 25 nəfərin yaralandığı qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə