100-dən çox delfin ölü vəziyyətdə tapıldı

100-dən çox delfin ölü vəziyyətdə tapıldı

Braziliyanın Tefe gölünün sahilində son 1 həftədə 100-dən çox delfinin cəsədi tapılıb. SİA CNN kanalına istinadən xəbər verir ki, delfinlərin ölümünə səbəb quraqlıq və Amazonda qeydə alınan rekord yüksək su temperaturu olub.

Ekspert və fəallar delfinləri temperaturun aşağı olduğu Amazonun əsas axınına apararaq onları xilas etməyə çalışırlar

Lakin bu yerlərin çətin relyefi işləri çətinləşdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə