Barnaulun Mərkəzi rayonunda, Puşkin abidəsinin yaxınlığında polis şair və fəal Artyom Saxarovu müharibə əleyhinə şeirlər oxuduğuna görə saxlayıb,
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “OVD-İnfo” insan haqları layihəsi xəbər verir.
Qeyd olunur ki, bir neçə fəal bazar günü abidədə “Puşkin oxumaları. Sülh naminə poeziya” adlı tədbir keçirməyi planlaşdırıb.
Saxarov həbs edildikdən sonra polis şöbəsinə aparılıb. Onun gecə kamerada saxlanıldığı məlum olub. Lakin fəalın hansı maddə ilə ittiham olunduğu barədə məlumat yoxdur. Onun özü ilə də heç bir əlaqə yoxdur.
Qeyd edək ki, bundan əvvəl, mart ayında da Artyom Saxarov razılaşdırılmamış aksiya təşkil etməkdə təqsirli bilinərək 20 min rubl cərimələnmişdi.
Təbii ki, bu Rusiyadakı sənət adamlarının qarşılaşdığı birinci hal deyil.
Məsələn, may ayında Moskvanın Tverskoy Rayon Məhkəməsi şair və rok musiqiçisi Nikolay Dainekonu Moskvada Mayakovski abidəsi yaxınlığında müharibə əleyhinə şeirlər oxuduğuna görə 4 il müddətinə azadlıqdan məhrum edib.
O, “nifrətin qızışdırılması” və “dövlət əleyhinə fəaliyyətə çağırışlar”da təqsirli bilinib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB