...Tver vilayətində, siyasi repressiya qurbanlarının xatirəsinə həsr olunmuş “Mednoye” memorial kompleksinin ərazisində İosif Stalinin, Vladimir Leninin, Mixail Kalinin və Feliks Dzerjinskinin büstləri qoyulub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “7x7” xəbər verir.
Qeyd olunur ki, “Mednoye”də 1940-cı ildə NKVD-nin vilayət idarəsi tərəfindən güllələnən polşalı hərbi əsirlər, eləcə də Stalin terrorunun qurbanı olmuş sovet vətəndaşları dəfn edilir.
Verilən xəbərlərə görə, əvvəllər orada “Müharibə və repressiya qurbanlarına, həmvətənlərə” xatirə lövhəsi qoyulubmuş.
KİV-in məlumatına görə, yaxın günlərdə onlar memorialın ərazisində sərgi açmağı planlaşdırırlar və buna görə də sovet liderlərinin heykəlləri qoyulub.
Qeyd edək ki, “Mednoye”nin direktoru Aleksandr Çunosov bunu “məntiqli və başa düşülən” adlandırıb.
...Bu, dövrdür. Onların repressiyalarla heç bir əlaqəsi yox idi? Siz burada uyğunsuzluğu harada görürsünüz?
Çunosov deyib bunu.
Bu arada “Memorial” hüquq müdafiə cəmiyyətinin məlumatına görə, heykəllərin quraşdırılması Dövlət Mərkəzi Müasir Tarix Muzeyinin və “Mednoye”kompleksinin direktorunun birbaşa sifarişidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB