...Ukraynanın müttəfiqləri öz dəstəklərində geri çəkilməməli və öz mövqelərində möhkəm qalmalıdırlar.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu açıqlama ilə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps çıxış edib.
O qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanı məğlub edə bilməməklə yanaşı, müharibəni bitirmək üçün yol da tapa bilməz.
Şappsın sözlərinə görə, Putin Kiyevi “blef”lə almağa ümid edirdi, lakin Ukrayna xalqı buna imkan verməyəcək.
Şapps deyib ki, Müharibənin “dəhşətli dərəcədə sürətlə” silah və insanları istehlak etməsinə baxmayara, britanıyalı nazir “sabit qalmağı” tövsiyə edib.
Bundan əlavə, o, Ukraynanı “Avropa demokratik xalqları ailəsinin bir hissəsi” adlandırıb.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Şapps, gələcəkdə Ukrayna hərbçiləri üçün təlim proqramın Ukrayna ərazisində keçirilə biləcəyini bəyan etmişdi. Amma buna cavab olaraq baş nazir Rişi Sunak bunun yaxın gələcəkdə baş verməyəcəyini bildirib.
O qeyd edib ki, Britaniya hazırda Ukrayna əsgərlərinə yerindəcə təlim keçmək üçün öz hərbi təlimatçılarını Ukraynaya göndərməyi planlaşdırmır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB