Mən Ukrayna xalqını əmin etmək istəyirəm ki...

Mən Ukrayna xalqını əmin etmək istəyirəm ki...

ABŞ prezidenti Cozef Bayden bu ölkəyə yardımın müvəqqəti ABŞ büdcəsinə daxil edilməyəcəyinə baxmayaraq, Ukraynaya dəstəyin dayanmayacağına əmin edib.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə oktyabrın 1-də Ağ Evdə məlumat verib.

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə hökumətinin maliyyələşdirilməsinin 45 gün müddətinə uzadılması layihəsini təsdiqləyib, lakin Ukraynaya yardım bu büdcəyə daxil edilməyib.

Buna baxmayaraq, prezident Bayden Konqresin əksəriyyətinin Ukraynaya vəsait ayrılmasını dəstəkləməkdə davam etdiyini vurğulayıb.

“...Mən Amerika müttəfiqlərini, Amerika xalqını və Ukrayna xalqını əmin etmək istəyirəm ki, onlar bizə dəstək verəcəyimizə arxalana bilərlər; biz uzaqlaşmayacağıq”, - Bayden deyib.

ABŞ prezidenti həmçinin qeyd edib ki, Ukraynaya dəstək onun administrasiyası üçün prioritet olaraq qalır. O vurğulayıb ki, Birləşmiş Ştatlar Ukraynanın təhlükəsizliyinin möhkəmləndirilməsi və onun demokratik islahatlarını dəstəkləmək üçün fəaliyyətini davam etdirəcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə